Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi

Sumqayıt-Bakı elektrik qatarının hərəkətində problem yaranıb.

Bu barədə Metbuat.az-a "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) məlumat verilib. Bildirilib ki, Sumqayıt-Bakı marşrutu ilə işləyən, saat 08:00-da Sumqayıt sərnişin stansiyasından yola düşməli olan 6008 №-li elektrik qatarı texniki nasazlıq səbəbindən xəttə çıxmayıb.

Marşrut üzrə işləyən digər qatarlar hərəkət cədvəlinə uyğun olaraq yola salınıb. Bilet alan sərnişinlərin hamısı növbəti qatarla yola salınıb.

Hazırda nasazlığın səbəbləri araşdırılır.

Günün qoroskopu: Qeyri-adi görüşlər, tanışlıqlar ola bilər - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR