VII Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir - FOTOLAR

“Dünyanın yeni xarici siyasəti” mövzusunda keçirilən VII Qlobal Bakı Forumu işini panel iclasları ilə davam etdirir.

Metbuat.az-ın trend.az-a istinadən məlumatına görə, Forumun birinci panel iclası “Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu: Çin, ABŞ, Rusiya və Avropa İttifaqı” mövzusuna həsr olunub.

İclasda qeyd olunub ki, Çinin iqtisadiyyatı son illər daha sürətlə inkişaf edir, ölkə sabit iqtisadiyyatın inkişaf etdirilməsində maraqlıdır. Çinin Avropa İttifaqı (Aİ) ilə iqtisadi əlaqələri milyardlarla dollar dəyərindədir.

Həmçinin müasir Avropa cəmiyyətinin təşəkkülündən və bu proses zamanı rast gəlinən problemlərdən söz açılıb. Bildirilib ki, Aİ bu problemlərin həlli istiqamətində mühüm addımlar atsa da, bəzi məsələlər hələ də öz həllini gözləyir, bunun üçün isə Avropa ölkələri birlikdə fəaliyyət göstərməlidirlər.

İclasda ABŞ-ın dünyada sülhün təmin edilməsindəki rolu vurğulanıb. Dünyada sülhün bərqərar olmasına Azərbaycanın verdiyi töhfələrin Birləşmiş Ştatlarda yüksək qiymətləndirildiyi qeyd edilib.

Birinci panel iclasda VII Qlobal Bakı Forumunun əhəmiyyətinə də toxunulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR