Ruhun bağçasına keçmək fürsəti

Ruhun bağçasına keçmək fürsəti
23:52 14 Mart 2019
Ölkə mətbuatı
A- A+

Rəcəb ayı - Allah qonaqlığına hazırlıq ayıdır. Bu ayda Allah bəndələri özlərini qarşıdan gələn Allah qonaqlığı üçün hazır edərlər. "Rəcəbiyyun"ların İlahi rizvana çatmaqdan başqa hədəfləri yoxdur. Behiştləri - Məhbublarına diqqət etməkdir. Cəhənnəmləri isə Ondan qəflət etməkdir.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, ariflər və din alimləri üçün bu ay - qiyməti olmayan bir dürr kimidir. Bu aydan daha çox azuqə toplamaq üçün istifadə edərlər. Çünki Rəcəb - Allahın ayıdır. Hər kim Allahın ayında qərar tutar və onun haqqında kifayət qədər elmi və agahlığı olar - ondan bacardığı qədər istifadə edər və onu qənimət bilər.

Rəcəb ayı bəndələr üçün tez ötüb keçən buluda bənzəyir. Əgər bu bulud keçməzdən əvvəl onun kölgəsindən istifadə etsən, o zaman qazananlar dəstəsinə qoşularsan.

Rəcəb ayında bəndə yaxşı bilir ki, qarşıdan Allah qonaqlığı olan dəyərli Ramazan ayı gəlir. Ona görə də hələ Rəcəb ayında qərar tutan zaman öz əməl və əxlaqına diqqət edir və özünün islahı ilə məşğul olur. Din böyüklərinin buyurduğu kimi, bu ayda daha çox istiğfar və tövbə etməyə çalışır.

Ona görə də deyə bilərik ki, Rəcəb ayı həm də insanların özünü tərbiyə etdiyi aylardan biridir. Bu ayda insanın qəlbi çiçəklənir, nəfsani buxovlardan can qurtarır.

İnsan, Rəcəb ayında gözəl bir ruhani bağçaya keçid edə bilər...

Fürsəti itirməyək, inşəallah.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/738190.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR