Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfərə gedib - XİN

Xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə rəsmi səfərə gedib.

XİN-dən Metbuat.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov Çili Respublikası, Argentina Respublikası, Uruqvay Şərq Respublikası və Paraqvay Respublikasına rəsmi səfərə yola düşüb.

Səfər çərçivəsində xarici işlər nazirinin bu ölkələrdə ikitərəfli görüşlərinin keçirilməsi, eləcə də Buenos-Aires şəhərində keçiriləcək Cənub-Cənub Əməkdaşlığı üzrə BMT-nin Yüksək Səviyyəli Konfransında iştirakı nəzərdə tutulub.

Bu şəxslərə PLOV yemək OLMAZ! - Mütləq baxın! / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR