"Xarici şirkət rəhbərinin evlilik təklifini rədd etməyim..." - Aparıcıya müğənni belə cavab verdi

Metbuat.az-da "Məchul 5" layihəsi davam edir.

Bu layihə çərçivəsində bir nəfər tanımadığı şəxsə 4 ya 5 sual ünvanlayacaq.

Həmin şəxs də kimdən gəldiyini bilmədiyi suala öz cavabını verəcək.

Arada vasitəçi Metbuat.az saytıdır.

Tanınmış teleaparcı Amil Xəlilin suallarını müğənni Jeyla Əlizadə cavablandırır.

Qeyd edək ki, sualı verən də, cavablandıran da kimliklərini oxucularla eyni anda, yazı saytda dərc olunanda bilirlər.


- Ən son nə səbəbə görə ağlamısan? Ağlamağın xeyri oldu?

- Nevrozlar çox ağlayar. Mən hər bir şeydən ötrü ağlayan deyiləm. Xeyrini də görə bilmərəm.

Çox fikir çəkənəm və çıxış yollarını da daim düşünürəm. Ağlamağın çox səbəbləri ola bilər.


- Evdə ata-ana arasında söz-söhbət olanda kimin tərəfində çıxış etmisən?

- Bizim ailədə ata-ananın söz-söhbətini heç vaxt eşitməmişik.

Çünki anam o şəraiti yaratmayıb.


- Sizi nə xoşbəxt edir?

- Əzizlərimin olması.


- "Eldən ayıb olar" deyib etmədiyin nəyə görə sonra peşman olmusan?

- Xarici şirkət rəhbərinin evlilik təklifini rədd etməyim...


- Toyda disko musiqilərinin səslənməsinə necə baxırsan?

- Buna çox pis baxıram.


Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU LAYİHƏNİN DİGƏR YAZILARI