1100 yaşı var

Diyarbəkirdə 1100 illik İbrani qızıl yazmalı dini motivli kitab ələ keçirilib.

Metbuat.az türk mediasına istinadla xəbər verir ki, 6 şübhəli saxlanılıb.

Meriyadan edilən açıqlamaya görə, Rayon Jandarm Komandanlığı Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsi tərəfindən həyata keçirilən işdə Bismil və Ergani rayonlarında yaşayan 4 nəfərin tarixi bir kitabı satmaq üçün alıcı axtardığı müəyyənləşib.

Aparılan tədqiqatda sözügedən kitabın təxminən 1100 illik İbrani qızıl yazmalı dini motivli kitab olduğunun müəyyən edildiyi ifadə edilən açıqlamada, bunlar qeyd edilib:

"Prokurorluqdan alınan axtarış qərarı ilə dünən Ergani rayonunda həyata keçirilən əməliyyatda şübhəlilər, qızıl yazmalı dini motivli kitabı satmağa çalışdıqları zaman cinayət üstündə yaxalanıb. Şübhəlilərin üzərində və yaşadıqları yerdə aparılan axtarışda, İbrani qızıl yazmalı, xarici örtməsi dəri, 21 səhifədən ibarət olan kitab ələ keçirildi. Ələ keçirilən tarixi əsər mühafizə altına alınmış, faktla bağlı 6 şübhəli haqqında istintaq işlərinə başlanılmışdır".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR