Pakistanda qum qasırğası - 1 ölü, 10 yaralı

Pakistanda qum qasırğası fəsadlara yol açıb. Trend-in məlumatına görə, qasırğa nəticəsində 1 nəfər ölüb, 10 nəfər xəsrət alıb.

Metbuat.az xəbər verir ki, güclü qum qasırğası Pakistanın cənubunda Kəraçi şəhərində gecə saatlarından başlayıb və səhərə qədər davam edib.

Külək nəticəsində ağacların çoxu aşıb. Bir nəfərin üzərinə ağac düşməsi nəticəsində ölüb. Habelə damların uçması nəticəsində xəsarət alanlar var ki, onlardan 5-i məktəblidir.

Qum qasırğası səbəbindən Cinna beynəlxalq aeroportundan Kəraçiyə bir neçə reysin ləğv olunduğu da qeyd edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR