Qar uçqununda həlak olan hərbçilərimizdən birinin nəşi Qazaxa gətirilib -

Ötən ay Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Metbuat.az Ordu.az- istinadən xəbər verir ki, aparılan axtarışlar nəticəsində onlardan birinin, Hafiz Abdullayevin nəşi tapılıb.

Bu gün onun nəşi doğulduğu Qazax rayon Yuxarı Salahlı kəndinə aparılıb. Hafiz Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edib.

O, doğulduğu Yuxarı Salahlı kənd qəbiristanlığında dəfn olunub.

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR