Gülşən səhnəyə büstqalterdə çıxdı - FOTO

42 yaşlı müğənni Gülşən səhnəyə büstqalterdə çıxıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənninin dünənki konsertində iddialı geyim ilə səhnəyə çıxıb. Ulduz konsert üçün seçdiyi libası ilə bütün diqqətləri öz üzərinə toplayıb. Səhnəyə ağ büstqalterdə çıxan müğənni ideal bədəni və rəqsləri ilə göz qamaşdırıb. O, obrazını uzun mirvari boyunbağı ilə tamamlayıb.

Uğurlu keçən konsertin ardından müğənni şəxsi İnstagram hesabından duyğularını paylaşaraq izləyicilərinə təşəkkür edib:"Xəyal qurmaqdan qorxmayan, sonra da bunları bir bir reallığa çevirən bütün yol yoldaşlarıma və pərəstişkarlarıma təşəkkür etmək istəyirəm. Dünən gecə o çılğın izdihamda mənə bir daha qarşılıqlı duyğularımızın əbədiliyini hiss etdirdiniz”



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR