Azərbaycan Premyer Liqa turnirinə

Apelin 19-da Mərakeşin paytaxtı Rabatda start götürəcək “Karate 1” Premyer Liqa turniri üçün Azərbaycan millisinin heyəti açıqlanıb.

Metbuat.az xəbər verir ki, 3 gün davam edəcək yarışda ölkəni 14 idmançı təmsil edəcək.

Kumite üzrə baş məşqçi Bahəddin Kandaz, eləcə də böyük məşqçilər Şahin Xudaverdiyev və Qurban Tağıyevin rəhbərlik etdiyi komandanın heyətində Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov ( hamısı 84 kq), Şahin Atamov və Asiman Qurbanlı (hər ikisi +84 kq) yer alıb.

Qadınların baş məşqçisi Denis Morozov Nuranə Əliyevaya (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq) və İrina Zaretskanın (68 kq) çıxışına üstünlük verib.

Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Romah Heydərovun yarışa qatılmasını məqbul sayıb. Mərakeşdə yollanan heyətdə baş katib Mirhəsən Seyidov, beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da var.

Qeyd edək ki, “Karate 1” Premyer Liqa turnirinin Rabat mərhələsində 78 ölkədən 661 idmançı mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR