Dilarə Əliyeva həyat yoldaşı ilə ilk tanışlıqdan danışdı: “İnstitutun həyətində...”

Dilarə Əliyeva həyat yoldaşı ilə ilk tanışlıqdan danışdı: “İnstitutun həyətində...”
14:53 15 Aprel 2019
Ölkə mətbuatı
A- A+

“1-ci kursda oxuyanda qrup yoldaşımız nişanlandı. Hamıya nişan konfeti payladı. O nişan konfetini yastığımın altına qoydum. Subay qızıq axı, belə inanclar bizim üçün maraqlı idi. Başımı qoyub yatdım. Mən hələ həyatda Oqtayı tanımırdım, amma onu yuxumda gördüm”.

Publika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva ARB TV-də aparıcısı olduğu “Söhbət var” proqramında deyib. Daha sonra aktrisa həyat yoldaşı Oqtay Əliyevi ilk dəfə görməsindən söz açıb:

“Yuxudan durdum, bacıma dedim ki, yuxuda kök, saqqalı bir oğlan görmüşəm. 2-3 ay sonra institutun həyətində bir də gördüm Oqtay oğlanlarla söhbət edirdi. İş elə hərlənib-fırlandı ki, ondan bir il sonra biz ailə qurduq”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/275681.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR