Əlilliyin qiymətləndirilməsi üzrə e-sistem Avropanın “Yaxşı Təcrübə” xüsusi mükafatına layiq görüldü / FOTO

Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən Avropa regionu üzrə təşkil edilən “Yaxşı Təcrübə” müsabiqəsində Azərbaycanın daha bir sosial layihəsi - əlilliyin qiymətləndirilməsi üzrə elektron sistem müsbət dəyərləndirilərək BSTA-nınxüsusi mükafatına layiq görülüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctiamiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsindən Metbuat.az-a verilən məlumata görə, təşkilatın ölkəmizdə təşkil etdiyi Avropa Regional Sosial Təminat Forumu çərçivəsində mükafat BSTA-nın rəsmiləri tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.

Əlilliyin qiymətləndirilməsi qeyd olunan e-sistem vasitəsilə məmur-ekspert təması olmadan həyata keçirilir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən həmine-sistemə daxil edilən göndəriş əlilliyi qiymətləndiriləcək şəxsin kimliyinə dair məlumatlar adsızlaşdırıldıqdan sonratibbi-sosial ekspertiza xidmətinə yönəldilir. Nəticədə, yalnız göndərişdəki xəstəliyə dair məlumat əsasında, əlillik təyin edilib-edilməməsinə dair şəffaf və obyektiv şəkildə qərar qəbul edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR