Erməni hərbçi əsgər yoldaşını güllələyib

İşğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində mayın 15-də daha bir ağır cinayət hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun doqquzuncu motoatıcı alayının döyüş mövqeyində xidmət edən hərbi qulluqçu nizamnamədənkənar münasibətlər zəmnində xidmət yoldaşını güllələyib.

Mübahisə zamanı təhqirlərə tab gətirməyən Emil Karapetyan adlı hərbi qullluqçu odlu silahdan atəş açaraq xidmət yoldaşı Aron Nahapetyanı ağır yaralayıb. Yaralı erməni hərbçisi hərbi hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Köhnə sevgilisindən bu üsulla qisas aldı - Bir bu qalmışdı!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR