“Azərbaycan xaricdən gələn dərman preparatlarından asılılığın azaldılmasına çalışır” – Əli Əhmədov

"Azərbaycanda istifadə olunan dərman preparatlarının əksəriyyəti xaricdən gəlir. Ölkəmiz bu sahədə xaricdən gələn mallardan asılılığın azaldılmasına çalışır ".

Metbuat.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş nazirin müavini Əli Əhmədov bildirib. Onun sözlərinə görə, Azərbaycanda dərman istehsal edəcək farmaseptik zavodlar yaradılır:

"Güman edirəm ki, yaxın zamanlarda bu zavodlar fəaliyyətə başlayacaq, dərman istehsal edəcəklər. Bunun nəticəsində idxal olunan dərmanın həcmi azalacaq. Bu sahədə işlərimiz normallaşacaq. Təbii ki, bu dərmanların əksər hissəsi də xaricdən gələn məhsulların hesabına istehsal ediləcək".

Günay Elşadqızı / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR