PSJ Mbappe ilə danışıqlara başladı

PSJ aparıcı hücumçusu Kilian Mbappeni buraxmaq istəmir.

Metbuat.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, Paris klubu 20 yaşlı futbolçu ilə danışıqlara başlayıb. Hələlik tərəflərin razılığa gələ bilmədiyi deyilsə də, klub rəhbərliyi Avropa nəhənglərinin maraq dairəsində olan ulduz oyunçunun müqaviləsini tezliklə yeniləmək niyyətindədir.

Qeyd edək ki, PSJ ilə hazırkı sözləşməsi 2022-ci ilin yayına qədər olan Mbappeni “Real”, “Barselona”, “Mançester Yunayted” kimi klublar heyətinə qatmaq istəyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR