İNANILMAZ! 2 yaşlı uşaq 3 gün boyunca ac və susuz qaldı, amma.../VİDEO

Amerikanın Kentuki əyalətində itkin düşən 2 yaşlı Kenneth Neil adlı bir uşaq 3 gün sonra tapılıb.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, evinin həyətində oynamaq üçün çölə çıxıb. Bir neçə dəqiqə sonra atası onu axtarmağa getdikdə 2 yaşlı uşağın həyətdə olmadığını görüb. Bir saatdan çox müddət ərzində uşağın valideynləri evin ətrafındakı meşədə axtarış ediblər. uşağı tapmadıqda isə ailə qaçırıldığını düşünərək polisə xəbər verib.

Kennethin evindən 800 metr məsafəni əhatə edən ərazidə axtarış əməliyaatı başladılıb. 3 gün boyunca axtarılan uşaq köhnə bir mədənin yanında, evindən sadəcə 500 metr uzaqlıqda tapılıb. İki yaşlı uşaq açıq sahədə 3 gün boyunca tək qalıb. Tapıldıqda 67 saat soyuğa, aclığa və susuzluğa dözməsi hər kəsi təəccübləndirib.

Qərbi Virginiada xəstəxanaya yerləşdirilən uşağın sağlamlıq vəziyyətinin yaxşı olduğu və həyatının təhlükədə olmadığı açıqlanıb.


https://metbuat.az/news/1190124/dunyanin-en-sirli-...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR