Kanada və ABŞ polad və alüminium tədarükü ilə bağlı rüsumları ləğv edib

Kanada ilə ABŞ polad və alüminium tədarükü ilə bağlı rüsumların 48 saat ərzində ləğv edilməsinə dair razılıq əldə ediblər.

Metbuat.az-ın məlumatına görə, bu barədə tərəflərin birgə bəyanatında deyilir. Həmçinin Kanadanın ABŞ-ın bəzi məhsullarına cavab tarifləri ləğv edilib.

Məlumata əsasən, ABŞ və Kanada bu bəyannamənin verildiyi gündən iki gün gec olmayaraq, 232-ci maddəyə əsasən, Birləşmiş Ştatlar tərəfindən polad və alüminiuma tətbiq edilən bütün tarifləri və Kanada tərəfindən buna cavab olaraq tətbiq edilən bütün tarifləri ləğv etməyə razılıq verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR