"Ana ola bilməsəm də, gözəl həyatım var" - Məşhur ulduz açıqladı

İngilis televiziya ulduzu Kelli Bruk şəxsi həyatı ilə bağlı açıqlamalar verib.

Metbuat.az xarici KİV-ə istinadən bildirir ki, 16 yaşındaykən bir proqram sayəsində şöhrəti yaxalayan Kelli "Uşağım yoxdur, amma xoş və xudbin həyatım var"-deyib.

Məşhur ulduz bir neçə dəfə hamilə qalsa da, uşaqlarını itirib və bir daha ana ola bilməyib. Məşhur uşaq məsələsində ailəsinin ona təzyiq etmədiyini bildirib.

"Əsla sahib ola bilməyəcəyim şeylər üzərində uzun müddət düşünmədim. Sadəcə sahib olduqlarım haqqında pozitiv düşüncələrim var"-deyə Bruk açıqlayıb.

40 yaşına girməyə hazırlaşan Kelli sevgilisi ilə xoşbəxt olduğunu deyib. Ona ən çox ünvanlanan "uşaq" haqqındakı suala isə "Həyatın gələcəkdə mənə nələr gətirəcəyini bilmirəm. Bu üzdən "heç vaxt uşaq sahibi olmayacam, heç vaxt ailə qurmayacam, deyə bilmərəm. Bəlkə də bir gün olar bilər"-deyə Bruk açıqlama verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR