Xırdalan yolunda hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev adına Beynəlxalq hava limanı yol qovşağından Mərdəkan yol qovşağına kimi üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Avtomobil Yolları Dövlət Agentliyindən Metbuat.az-a verilən məlumata görə, işlər axşam saatlarınadək davam edəcək.

Qeyd olunub ki, gecə saat 00:00-dan səhər saat 06:00-dək isə Bakı-Sumqayıt şossesinin Beynəlxalq Avtovağzal kompleksi qarşısından Xırdalan dairəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. Rənglənmə işləri zamanı hərəkət hissə-hissə məhdudlaşdırılacaq.

Bu üzdən sürücülərdən göstərilən müddət ərzində sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri, alternativ yollardan istifadə etmələri xahiş olunur.

https://metbuat.az/news/1190806/olkede-qiz-usaqlarinin-sayi-azalir.html


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR