Dünyada hər 10 uşaqdan biri... - BMT-dən dəhşətli statistika

Bütün dünyada hər 10 uşaqdan biri işçidir.

Metbuat.az Beynəlxalq Əmək Təşkilatının statistikalarına əsasən bildirir ki, Afrikada hər 5, Ərəb ölkələrində hər 35, Avropa və Orta Asiyada hər 25, Amerika qitəsində hər 19, Asiya və Sakit oken bölgəsində hər 14 uşaqdan biri işçidir.

Dünyada iş yerlərində 5-17 yaş aralığında olan 151,6 milyon uşaq var. Bunların təxminən yarısı sadəcə 5-11 yaşındadır. Bu uşaqların 64 milyonu qız, 88 milyonu oğlandır. Bu uşaqların 71%-i əkinçilik sahəsində çalışır. Uşaq işçilərin 72,5 milyonu sağlamlığını, təhlükəsizliyini və əxlaqını təhdid edən sahələrdə işləməyə məcburdur. Uşaq işçilərin ən çox olduğu ərazi isə Afrikadır.

BMT-nin statistikalarına görə, 2000-ci ildə 245,5 milyon uşaq işçi varkən, 2004-də bu rəqəm 222,2 milyona, 2008-də 215 milyon, 2016-da isə indiki səviyyəsinə düşüb. Bildirilir ki, bu düşmə səviyyəsi davam edərsə, 2025-ci ildə uşaq işçi sayı 121 milyona düşəcək.

Uşaqların məcburi işləmələrinə əsas səbəblər kimi yoxsulluq, pis təhsil sistemi, məktəbə getmə imkanının olmaması və s. göstərilir.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR