Cizgi filmlər haqqında bilmədiyimiz həqiqətlər

Uşaqlığımızdan bu günümüzə qədər cizgi filmlər həyatımızın bir parçasına çevrilib.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, bu cizgi filmlər bir çox yeni şeylər öyrənməklə yanaşı fərqli hislər yaşamağımıza səbəb olub. Amma onlar haqqında kifayət qədər məlumatımız yoxdur. Bu da cizgi filmlər haqqında bilinməyən həqiqətlər:

Scooby Doo- tam adı Scoobert Doo olan əsas obrazın Skippy Doo və Dooby Doo adlı iki qardaşı vardır. Bu günə qədər 12 versiyası çıxmış cizgi filmdə Fred və Dafnenin daima birlikdə gəzməsi diqqətin fərqli tərəfə çəkilməsi üçün edilmişdir.

Gözəl və çirkin- bu cizfi filmdə əsas obrazın gövdəsi ayıdan, gözləri insandan, saqqalı və başı buğadan, qaşları isə qorilladan götürülmüşdür.

Temel reis- rəssam Elzie Krisler qonşularından aldığı ilhamla temel reisdəki obrazları yaratmışdır. Dənizçi qonşusu Frank Temel reisə, Dora adlı qonşusu da Safinaza ilham qaynağı olmuşdur.

Kasper- bir çox uşağın ruhlardan qorxmamasına səbəb olan sevimli ruh Kasper əslində ölmüş bir uşağı təmsil edir.

Ələddin və sehirli lampası- bu cizgi filmdə Ələddin obrazı Tom Kruzdan, dəniz qızı Ariel isə Alyssa Milanodan götürülərək yaradılıb.

https://metbuat.az/news/1207660/eri-tik-tok--u-qadagan-etdiyi-ucun-zeher-icib-intihar-etdi.html



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR