Məşhur futbolçu qəzaya düşdü - Bir əlindən məhrum oldu

Amerikanın “Mayami Dolfins” futbol klubunun müdafiəçisi Kendrik Norton idarə etdiyi avtomobillə yol qəsasına düşüb.

Mebuat.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə idman agenti Malki Kava özünün özünün “Tvitter” hesabında yazıb. Bildirib ki, futbolçunun idarə etdiyi “Ford F250” markalı avtomobil Mayami yaxınlığında beton maneəyə çırpılıb. Nəticədə sürücü ağır xəsarət alıb.

Mayami-Deydin yanğınsöndürənləri 22 yaşlı Nortonu xəstəxanaya çatdırıblar və ona tibbi yadım göstərilib. Lakin çoxsaylı bədən xəsarətləri almış futbolçunun sol əlini amputasiya etmək lazım gəlib.

Kendrik Norton 2018-ci ilin dekabrından “Mayami Dolfins”də çıxış edirdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR