Erməni gəlin Məryəm: "Bizdə namus..." - FOTOLAR

Türkiyənin "FOX" telekanalında İlker Ayrıkın aparıcılığını etdiyi “Yaparsın aşkım” verilişinin dünənki buraxlışında maraqlı anlar yaşanıb.

Metbuat.az bildirir ki, proqrama qatılan cütlüklərdən Gürselin həyat yoldaşı Məryəm erməni olduğunu söyləyib.

Məryəm Türkiyəyə istirahət məqsədi ilə gələrkən Gürselin onu bəyəndiyini və nəticədə ailə qurduqlarını bildirib. Ermənistanda məşhur aktrisa olduğunu deyən gənc qadın veriliş boyunca türkləri aşağılayan ifadələr işlədib. Türkcə səlis danışan Məryəm əvvəlcə aparıcının ünvanına “Siz türkcə bilmirsiniz?”, sonra tamaşaçılara “Burada, deyəsən, heç kim türkcə bilmir” sözlərini deyib. Aparıcı erməni qızının bu ifadələrinə, sadəcə, gülüşlə cavab verib.


Məryəm “Ermənistanda Gürselnən mən Demet Akalın-Okan Kurt cütlüyü kimiyik. Ermənistanda bizə diqqət böyük” açıqlaması ilə diqqət çəkib.

Erməni gəlin növbəti dəfə sərt atmaca atıb:

“Ermənistanda namus çox önəmli. Kimdən qız alırlar, kimə qız verirlər, belə şeylərə bizdə çox önəm verirlər”.


Hər kəlməsi “Ermənistan” ifadəsi ilə başlayan Məryəmə maraq böyük olub. “Yaparsın aşkım”ın aparıcısı İlker Ayrık ermənilərin yeməklərini tərifləyib:

“İstanbuldakı erməni yeməkləri möhtəşəmdir” .

Bir qızları olduğunu bildirən erməni aktrisa “Mən Gürselə demişəm, mənə maşın almasan, uşaq doğmayacam. Bir qızım var, ikinci uşağı istəyir. Deyirəm maşın al sonra” ifadələri ilə ərini efirdə çətin vəziyyətdə qoyub.(milli.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR