Gürcüstanda dollar kəskin bahalaşdı

Gürcüstanda dollar kəskin bahalaşdı
20:22 9 İyul 2019
140 Dünya
Ölkə mətbuatı
A- A+

Gürcüstanda ABŞ dolları kəskin bahalaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sabaha olan məzənnəyə əsasən, 1 ABŞ dolları 2,9096 lari təşkil edir.

Bu günə olan məzənnə ilə müqayisədə ABŞ dolları 0,0776 lari bahalaşıb.

Gürcüstan Milli Bankının iyulun 10-na müəyyən etdiyi məzənnəyə əsasən, ölkədə avronun da qiymətində artım olub. Belə ki, avronun sabahkı qiyməti bugünkü məzənnə ilə müqayisədə 0,0821 lari artaraq 3,2599 lariyə bərabər olub.

Qeyd edək ki, bu gün Gürcüstanın kommersiya banklarında bir ABŞ dolları 2,97 lariyə təklif olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/769581.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR