"Nə etmək istədiyinə Türkiyə ancaq özü qərar verir" - Mövlud Çavuşoğlu

"PKK-nın İraqdan təmizlənməsini, DEAŞ və digər terror təşkilatlarına qarşı edə biləcəklərimizi dəyərləndirdik. Bu çərçivədə ortaq bir komitə qurmaq qərarı aldıq. Bu formatda Bağdadda bir dəfə də görüş keçirəciyik. Prezident Ərdoğan bu ilin son aylarında İraqa gedəcək".

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu açıqlamasında deyib. Aralıq dənizindəki mübahisə ilə bağlı danışan Çavuşoğlu bildirib ki, Türkiyə beynəlxalq hüququ pozmur və heç kimin rəy bildirmə haqqı yoxdur:

"Bu Türkiyənin suverenlik haqqıdır. Heç kimin rəy bildirmə hüququ yoxdur. Qitə sahillərində nə etmək istədiyini Türkiyə ancaq özü qərar verir. Beynəlxalq hüquqa uyğun addım atırıq. Qazma işlərimizi davam etdirəcəyik. Fatih gəmisindən sonra Yavuz gəmisi də bölgəyə getdi və bu bölgədə qazma işlərini başladacaqlar. Başqa ölkələrin açıqlamalarını tamamilə yersiz hesab edirik. Avropa Birliyi ölkələri həmrəylik adı ilə yunanlara tərəf dururlar. Avropa Birliyi Kiprin yanında olmağa davam edərsə, səhv etmiş olar".












Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR