Terrorçular video yaydı - Türkiyə və ABŞ-ı təhdid etdilər

Terror təşkilatı DEAŞ propoqanda videosu yayıb.

Metbuat.az xəbər verir ki, ilk dəfə belə video yayan təşkilatın üzvü videoda türkcə danışıb. O, Türkiyə və ABŞ-ı təhdid edib. Videoda 3 terrorçu olub, onlardan birinin Əbu Katada Əl Türki olduğu deyilib. Əl Türki həmçinin Ərdoğanı da təhdid edib.

Terrorçu ABŞ-a qarşı deyib:

"Bu gün İslam dövlətini İraqda və Şamda zəiflədərk onun aslanlarının cihadı tərk edəcəklərini düşünürsənsə, böyük bir yalnış içindəsən."

Videonun sonunda terrorçular DEAŞ lideri Bağdadiyə olan bağlılıq andını təzələyiblər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR