"Züğürt ağaya dönmüşük" - Millət vəkilindən Ərdoğana

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə millət vəkili Yunis Kılıç arasında maraqlı dialoq yaşanıb.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə prezidenti Ərdoğan İstanbul seçimlərindəki məğlubiyyətdən sonra "AK Parti" millət vəkilləri ilə iclaslar keçirir. İclaslar əlifba sərası ilə təşkil olunur.

Bu dəfə Dənizli-Sivas bölgələrindən olan millət vəkilləri ilə iclas keçirilib.

Ərdoğanın millət vəkilləri ilə keçirdiyi iclasda Qars millət vəkili Yunis Kılıç deyib:

"Kəndi əlindən alınmış Züğürt ağaya dönmüşük. Hər kəs millət vəkilindən bir şey istəyir, amma əlimizdə səlahiyyət yoxdur. Nazirlər zənglərimizə cavab vermirlər. O zaman da heç bir şey edə bilmirik. Millət vəkillərinin bir sambalı qalmayıb".

İclasdakıların gülüşmələrinə səbəb olan bu sözlərdən sonra Ərdoğan bildirib ki, ilk iclasımızda nazirlərə bunu çatdıracağam.

Ərdoğanın "Heçmi müsbət cəhət yoxdur?" sualına millət vəkillərindən biri belə cavab verib: "Müsbət olan şeyləri bütün dünya görür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR