Gəncədə şəhid polislərin xatirəsi anılıb (FOTO)

Gəncədə şəhid polislərin xatirəsi anılıb (FOTO)
17:29 11 İyul 2019
81 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Ötən il Gəncədə ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı şəhid olmuş polis polkovniki İlqar Balakişiyevin və polis polkovnik-leytenantı Səməd Abbasovun vəfatından bir il ötür.

Trend-in məlumatına görə, bu münasibətlə Gəncədə şəhid polislərin xatirəsi anılıb. Şəhidlər Xiyabanında baş tutan anım mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov, Daxili İşlər Nazirliyinin Şəxsi Heyət üzrə İş İdarəsinin rəisi, polis polkovniki Rahib Qarayev və hüquq mühafizə orqanlarının əməkdaşları, şəhid polislərin ailə üzvləri iştirak ediblər.

Anım mərasimində şəhid polislərin məzarları önünə əklil qoyulub, üzərinə tər çiçəklər düzülüb, ruhlarına dualar oxunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov şəhid olmuş polis polkovniki İlqar Balakişiyev və polis polkovnik-leytenantı Səməd Abbasovun ailə üzvləri ilə görüşüb, baş sağlığı verib, onların problemləri və qayğıları ilə maraqlanıblar.

Anım mərasimindən sonra şəhid olan polis əməkdaşlarının xatirəsinə ehsan süfrəsi təşkil olunub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3089333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR