Azərbaycan - Fransa əməkdaşlığı müzakirə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Fransa Sahibkarlar Təşkilatına (MEDEF) üzv olan şirkətlərin nümayəndələri ilə görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında ətraf mühitin, su resurslarının mühafizəsi, tullantıların təkrar emalı, torpaq və göllərin tullantılardan təmizlənməsi, alternativ su ehtiyatlarının yaradılması, termal suların istifadəsi ilə bağlı fikir mübadiləsi aparılıb, mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR