Kosmik örtük üçün yeni material hazırlanıb

Kosmik örtük üçün yeni material hazırlanıb
23:42 11 İyul 2019
Ölkə mətbuatı
A- A+

Kaliforniya Universitetinin mühəndisləri yeni nəsil kosmik örtüklərin istehsalı üçün yeni material növü hazırlayıblar. Mütəxəssislərin dediyinə görə, örtük ondan keçən istiliyə nəzarət edə biləcək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər təhlükə zamanı rəngini dəyişən kalmar və səkkizayaqlı ilbiz kimi dəniz canlılarını müşahidə edərək, tədqiqatlarında kəşflər etmişdir.

"Ultra kosmik örtük artıq çoxdandır ki, dünyada istifadə olunur. Onlar əsasən, marafonçular tərəfindən istifadə olunur. Bu örtüklər uzaq məsafələri qət etdikdən sonra, bədən istiliyinin qorunması üçün istifadə olunur. Lakin onların əsas çatışmazlığı statik olmasıdır. Bu örtüklər istilik mübadiləsini tənzimləmə qabiyyətinə malik deyil. Biz mövcud materialın yeni versiyasını hazırlamışıq. Bu növ material əvvəlkinə nisbətən öz xüsusiyyətlərini dəyişə bilir. Yeni materilal, istiliyi keçirməkdə və ya qəbul etməkdə tənzimləməyə malikdir", - deyə yeni işin müəllifi Alon Qorodeskiy bu haqda danışmışdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/769345.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR