Efiopiya hökuməti 3 milyon iş yeri açmağı planlaşdırır

Efiopiya hökuməti 3 milyon iş yeri açmağı planlaşdırır
00:47 12 İyul 2019
Ölkə mətbuatı
A- A+

Efiopiya hökuməti ölkədə ən azı 3 milyon iş yeri açmağı planlaşdırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Efiopiyanın Baş Naziri Əhməd Abiy parlamentdə 2019-2020-ci maliyyə ili üçün hazırlanmış büdcənin təqdimatı zamanı məlumat verib.

Baş Nazirin sözlərinə görə, gələn il üçün büdcədə nəzərdə tutulmuş vəsaitin çox hissəsi yolların və elektrostansiyaların təmirinə istifadə ediləcək. Bu da öz növbəsində iş yerlərinin artmasına gətirib çıxaracaq.

Ekspertlərin hesablamalarına görə, bu xərclər Efiopiyanın iqtisadi artımına müsbət təsir göstərəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/769994.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR