Nazirin istefası yenə qəbul edilmədi

Nazirin istefası yenə qəbul edilmədi
01:33 12 İyul 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna parlamenti xarici işlər naziri Pavel Klimkinin istefasını növbəti dəfə qəbul etməyib.

Axar.az RİA-ya istinadən verdiyi xəbərə görə, Ali Radanın bu gün keçirilən iclasında istefa layihəsini 160 deputat dəstəkləyib. İstefanın qəbuluna isə minimum 226 səs lazımdır.

Qeyd edək ki, P. Klimkin prezident Vladimir Zelenski səlahiyyətlərinin icrasına başlayandan sonra istefa verib və parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də baş tutacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/284396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR