Avropa Liqası: I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub

Avropa Liqası: I təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub
06:37 12 İyul 2019
68 Digər
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasında I təsnifat mərhələsinin ilk görüşlərinə yekun vurulub.
"Report"un məlumatına görə, turnirin əsas oyun günündə 43 qarşılaşma təşkil olunub. Azərbaycan təmsilçilərindən "Səbail" Bakıda Rumıniyanın "Universitatya" (Krayova) komandasına 2:3 hesabı ilə uduzduğu halda, "Neftçi" Kişinyovda Moldova "Sperantsa"sını darmadağın edib - 3:0.
"Səbail" sensasiyaya imza ataraq, "Universitatya"nı üstələyəcəyi təqdirdə, "Honved" (Macarıstan) - “Jalgiris” (Vilnüs, Litva) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Budapeştdəki qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
"Qəbələ"yə isə Avropa Liqasının II təsnifat mərhələsində Gürcüstanın "Dinamo" komandasının rəqib olacağı isə demək olar ki, həllini tapıb. Tbilisi təmsilçisi evdə Andorra “Enqordani”sini 6:0 hesabı ilə məğlub edib.
Avropa Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
11 iyul
17:30. “Pünik” (Ermənistan) - "Şkupi" (Şimali Makedoniya) - 3:3
18:00. "Ordabası" (Qazaxıstan) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 1:0
18:45. “Ventspils” (Latviya) - "Teuta" (Albaniya) - 3:0
19:00. "Alaşkert" (Ermənistan) - "Makedoniya Gerçe" (Şimali Makedoniya) - 3:1
19:30. "Laçi" (Albaniya) - "Hapoel" (Beer-Şeva, İsrail) - 1:1
19:30. AEK (Kipr) - “Petrokub” (Moldova) - 1:0
19:45. “Trans” (Estoniya) - "Buduçnost" (Monteneqro) - 0:2
20:00. “Flora” (Estoniya) - "Radniçki" (Serbiya) - 2:0
20:00. “Kuopio” (Finlandiya) - “Vitebsk” (Belarus) - 2:0
20:00. “Səbail” (Azərbaycan) - "Universitatya" (Rumıniya) - 2:3
20:30. "Baltsan" (Malta) - "Domjale" (Sloveniya) - 3:4
20:30. "Riteryay" (Litva) - “Klaksvik” (Farer adaları) - 1:1
20:30. "Rujomberok" (Slovakiya) - "Levski" (Bolqarıstan) - 0:2
21:00. “Liepaya” (Latviya) - “Dinamo” (Minsk, Belarus) - 1:1
21:00. “Jalgiris” (Kaunas, Litva) - "Apollon" (Kipr) - 0:2
21:00. "Dinamo" (Tbilisi, Gürcüstan) - “Enqordani” (Andorra) - 6:0
21:00. “Radnik” (Bosniya və Herseqovina) - “Spartak” (Trnava, Slovakiya) - 2:0
21:00. “Şaxtyor” (Soliqorsk, Belarus) - “Hibernian” (Malta) - 1:0
21:00. "Sperantsa" (Moldova) - “Neftçi” (Azərbaycan) - 0:3
21:00. "Akademiya Pandev" (Şimali Makedoniya) - "Zrinski" (Bosniya və Herseqovina) - 0:3
21:00. “Mölde” (Norveç) - “Reykyavik” (İslandiya) - 7:1
21:00. "Brondbü" (Danimarka) - “İnter” (Turku, Finlandiya) - 4:1
21:00. “Kruzaders” (Şimali İrlandiya) - "B-36 Torshavn" (Farer adaları) - 2:0
21:00. "Debretsen" (Macarıstan) - "Kukesi" (Albaniya) - 3:0
21:00. "Makkabi" (Hayfa, İsrail) - "Mura" (Sloveniya) - 2:0
21:00. “Brann” (Norveç) - “Şemrok Rovers” (İrlandiya) - 2:2
21:00. “Malmö” (İsveç) - “Ballumena” (Şimali İrlandiya) - 7:0
21:30. “Fola Eş” (Lüksemburq) - “Çixura” (Gürcüstan) - 1:2
22:00. "Olimpiya" (Lyublyana, Sloveniya) – “Riqa” (Latviya) - 2:3
22:00. “Konnax” (Uels) - "Kilmarnok" (Şotlandiya) - 1:2
22:30. “Dunayska Streda” (Slovakiya) - "Krakoviya" (Polşa) - 1:1
22:30. "Zeta" (Monteneqro) - “Vidi” (Macarıstan) - 1:5
22:30. "Styaua" (Buxarest, Rumıniya) - “Milsami” (Moldova) - 2:0
22:30. "Çukariçki" (Serbiya) - "Banants" (Ermənistan) - 3:0
22:30. “Europa” (Cəbəllütariq) - "Legiya"(Polşa) - 0:0
22:45. "Aberdin" (Şotlandiya) - “Rovanyemi” (Finlandiya) - 2:1
22:45. “Sent-Patriks” (İrlandiya) - “Nörrçöpinq” (İsveç) - 0:2
22:45. “Kliftonvill” (Şimali İrlandiya) - “Hoqesun” (Norveç) - 0:1
22:45. “Kork Siti” (İrlandiya) - “Proqres” (Lüksemburq) - 0:2
23:00. "Honved" (Macarıstan) - “Jalgiris” (Vilnüs, Litva) - 3:1
23:00. “Şiroki Briyeq” (Bosniya və Herseqovina) - “Kayrat” (Qazaxıstan) - 1:2
00:00. “Breydablik” (İslandiya) - “Vaduts” (Lixtenşteyn) - 0:0
00:00. “Styarnan” (İslandiya) - “Levadiya” (Estoniya) - 2:1
10 iyul
19:55. "Jeness" (Lüksemburq) - "Tobol" (Qazaxıstan) - 0:0
9 iyul
19:55. “Sent Josefs” (Cəbəllütariq) - “Reyncers” (Şotlandiya) - 0:4
20:00. “Qzira” (Malta) - "Hayduk" (Split, Xorvatiya) - 0:2
21:30. MOİK (Sofiya, Bolqarıstan) - "Titoqrad" (Monteneqro) - 4:0
Qeyd edək ki, cavab görüşləri 16 - 18 iyulda keçiriləcək.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/avropa-liqasi-i-tesnifat-merhelesinin-ilk-oyunlarina-yekun-vurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR